YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazirliklərin və komitələrin birgə 195 Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən birgə 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov qeyd edib ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da nazirliyin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin bir telefon məlumat xidmətinə inteqrasiya olunması, vahid “Çağrı Mərkəzi”nin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu layihənin icrasına 2010-cu ildən başlanılıb.
Tədbirdə qeyd edilib ki, 195 Çağrı Mərkəzi fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb.