Xəbərlər
Azərbaycan-Amerika Alyansı Xocalı faciəsi ilə əlaqədar illik məlumatlandırma kampaniyasına başladı
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/85b624e86a3c96f7ac23e5d720347704.jpg&w=360)
Azərbaycan-Amerika Alyansı Nyu-Yorkda və Vaşinqtonda ABŞ ictimaiyyətini Xocalı faciəsi haqqında məlumatlandırma kampaniyasına başlayıb.
“Xocalı. Azərbaycana qarşı bəşəri faciə” adı altında keçirilən kampaniya çərçivəsində Nyu-Yorkun məşhur “Times Square” mərkəzindəki reklam monitorlarında Xocalı qırğını haqqında məlumatı əks etdirən təsvirlər nümayiş olunur.
Bundan başqa, kampaniya Nyu-Yorkun mərkəzi küçələrinin binalarının divarlarında mobil proyeksiya vasitəsilə qrafik təsvirlərin əks olunmasını da əhatə edir. Xocalı faciəsi haqqında plakatlar həmçinin Vaşinqton metropoliteninin stansiyalarında da yerləşdirilib.