YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığın şərtlərinə uyğun olaraq daha da inkişaf edəcək

«ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri yüksək qiymətləndirilməlidir». Bu fikri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, bu səfər bütövlükdə Cənubi Qafqazda ABŞ siyasətinin və maraqlarının ciddi xarakter daşıdığının göstəricisidir. Onun sözlərinə görə, V.Nulandın azərbaycanlı girovların azad edilməsi ilə bağlı açıqlaması xoş niyyətin göstəricisidir.

«Nəhayət, ABŞ uzun zamandan sonra Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı məsələni gündəliyə gətirdi. Özü də yetərincə yüksək çinli rəsminin dilindən. Ümumiyyətlə, bəzi KİV-lərdə ABŞ-Azərbaycan münasibətlərinin guya gərgin olması barədə yazılırdı və buna müxtəlif yanaşmalar var idi. Bu gün ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışan qüvvələr var. Bunlar ABŞ-da erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Lakin görünən budur ki, rəsmi Bakı və Vaşinqton arasında münasibətlər yüksək səviyyədədir. Hesab edirəm ki, bu münasibətlər strateji tərəfdaşlığın şərtlərinə uyğun olaraq daha da inkişaf edəcək»- deyə, F.Ağamalı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv