YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində, ilk növbədə, Şuşaya getməsi çox böyük əhəmiyyət kəsb edir. Bu səfərin mühüm əhəmiyyət kəsb etməsinin birinci səbəbi odur ki, Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edən ilk xarici dövlət rəhbəridir.

Bu sözləri gürcü politoloq Tengiz Txilava söyləyib.

İkinci səbəb isə Türkiyə ilə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə sıx əməkdaşlığa dair sənədin imzalanmasıdır.

Bu gün Türkiyənin regionda daha inamlı siyasət yürütməsi nəticəsində onun Cənubi Qafqazda nüfuzunun daha da artdığını bildirən T.Txilava deyib: “Düşünürəm ki, Türkiyənin bu istiqamətdəki siyasəti ilə bağlı yeni-yeni xəbərlər eşidəcəyik. Bütün bunlar isə region dövlətlərinin xeyrinə olacaq”.