YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə Niderland Krallığının paytaxtı Amsterdamda yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap olunub.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışlarına, mina xəritələrini təhvil verməməklə regionda sülh və sabitliyə mane olmasına cəlb etməkdir.