YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib

Yeni Azərbvaycan Partiyası Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə video-müşavirə keçirilib.
Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov müşavirədə çıxış edərək YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan siyasi, iqtisadi və hərbi uğurlardan bəhs edib. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və qazanılan nailiyyətlər hər birimizi qürurlandırır və üzərimizə düşən məsuliyyət hissini artırır.
A.Hüseynov müşavirədə tariximizin ən əhəmiyyətli hadisələrindən biri olan 15 İyun Milli Qurtuluş Günü barədə də danışıb.  Qeyd olunub ki, Azərbaycan 1993-cü ildə - parçalanaraq müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil çağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi yeni bir inkişaf dövrünə qovuşdurdu.  Ümummilli Lider müdrik rəhbərliyi sayəsində Azərbaycanın dövlətçiliyini məhv olmaqdan xilas etdi. Ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyaraq bu günümüzə gəlib çatdı.
Müşavirədə YAP Mərkəzi Aparatı tərəfindən partiyanın rayon və ərazi təşkilatları qarşısında qoyulan vəzifələrə toxunulub, görülən işlər barədə danışılıb, çatışmamazlılqların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi müəyyənləşib. Partiya uçot işi, üzvlük haqları və qəbulla bağlı müvafiq tapşırıqlar  verilib.
Müşavirədə ərazi partiya təşkilatlarının sədrləri çıxış edib, fikir mübadiləsi aparılıb.