YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq

Türkiyə Azərbaycanla tammiqyaslı dövlətlərarası müqavilə imzalamaq niyyətindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu İstanbulda çıxışı zamanı deyib.

“NATO sammitindən sonra biz Azərbaycana gedəcək, əvvəlcə Füzuliyə səfər edəcəyik. Sonra qardaşım İlham Əliyevlə Şuşaya gedərək, orada ölkələrimiz arasında müqavilə imzalayacağıq. Bu, Türkiyə və Azərbaycan arasında tammiqyaslı bir saziş olacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Xatırladaq ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri iyunun14-16-na planlaşdırılır. Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Bakı Olimpiya stadionunda Türkiyə-Uels matçını da izləyəcək.