YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asif Nərimanlı: Ermənistanda xaos vəziyyəti hökm sürür

“Ermənistanda xaos vəziyyəti hökm sürür. Seçki yaxınlaşdıqca daha qızğın mərhələnin şahidi olacağıq”.

Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı “Yeni TV”nin canlı yayımında bildirib.

O deyib ki, Paşinyan və müxalifət tərəfdarları arasındakı ciddi qarşıdurmaların, küçə toqquşmalarının şahidi olacağıq: “O cümlədən, sərhəddə təxribatların davam edəcəyi istisna deyil. Ermənistan ordusunun daxilində mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr var. Onlar zaman-zaman törətdikləri təxribatlarla Paşinyanın reytinqini aşağı salmağa çalışırlar”.

A.Nərimalının sözlərinə görə, “Gallup”un keçirdiyi son sorğunun nəticələrindən bəlli olur ki, Köçəryanın reytinqi artıb: “Mart ayında “Gallup”un keçirdiyi sorğuda Paşinyanın reytinqi 33 faizdən çox idi. Köçəryan isə sıralamada dördüncü yerdə idi. O zaman Köçəryan seçkiyə hansı formada qoşulacağını açıqlamamışdı. Sonrakı proseslər isə sərhəddə cərəyan etdi. Laçın-Gorus sərhəddində problemlər yaşandıqdan sonra Ermənistan cəmiyyəti Paşinyana məhz bu məsələdən təzyiqlər etdi. Paşinyanın fikrincə, reytinqinin son 3 ayda 33 faizdən 22 faizə düşməsinin səbəbi sərhəddə yaşananlardır. Köçəryana isə Ermənistanda müharibədən sonra güclənən millətçilikdən faydalanaraq reytinqini yüksəldir”.