YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abutalıb Səmədov: Ermənistan tarixinin ən gərgin seçkisini yaşayır

“Ermənistan tarixinin ən gərgin seçkisini yaşayır. Bu, onlar üçün mövcud olmaq, ya da ölmək məsələsidir”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni TV”nin canlı yayımında Ermənistandakı seçkiöncəsi vəziyyəti şərh edərkən belə deyib.

O bildirib ki, Paşinyan əleyhinə olan qüvvələr əllərindəki bütün imkanlardan istifadə edirlər. “Nəyin bahasına olursa olsun, onlar hakimiyyəti dəyişdirmək istəyirlər. Reallıq odur ki, hələ üstünlük qazana bilməyiblər. Seçki kampaniyasının başlandığı dövrə nisbətən Paşinyanın müəyyən qədər nüfuzunu itirməsinə baxmayaraq, yenə də tərəfdarları az deyil, kifayət qədər nüfuzu var. Düşünürəm ki, birinci turda qalibi müəyyən etməmək mümkün olmaya bilər. Güman ki, belə də olacaq. Belə məqamda Paşinyanın nüfuzdan salmağın ən asan yolu təxribatlar törətməkdir. Çünki Paşinyan respublikanı tam nəzarətdə saxlaya bilmir. Xüsusilə, hərbçiləri tam nəzarətdə saxlamaq imkanı yoxdur. Onun əleyhinə olan qüvvələr də bu cür təxribatlarla, sabitliyi pozmaqla çalışırlar ki, maksimum Paşinyana zərbə vursunlar. Müəyyən qədər də nəticə əldə edə bilirlər”.