YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranlı jurnalist: Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi insanlığa qarşı yönəlmiş cinayətdir

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması faciəli hadisədir. Ermənistan hərbçilərinin bu torpaqlarda mina basdırması və minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsi nəinki beynəlxalq qanunlara ziddir, eyni zamanda, insanlığa qarşı yönəlmiş cinayətdir.

Bunu İran Jurnalistlər Birliyinin üzvü Nəvid Danəşvər deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar, insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar bu məsələ ilə əlaqədar Ermənistana ciddi təsir göstərməli və minalanmış ərazilərin xəritəsini almalıdırlar. Lakin dünyadakı ikili standartlar siyasəti buna imkan vermir.

N.Daneşvər diqqətə çatdırıb ki, yollara basdırılmış minalardan zərər çəkən mülki insanlardır. Jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olublar. Odur ki, bu məsələ beynəlxalq aləmin gündəmində olmalıdır.

İranlı jurnalist həlak olan jurnalistlərin ailələrinə və həmkarlarına başsağlığı verib. O əminliklə bildirib ki, Azərbaycan işğaldan azad etdiyi rayonlarda quruculuq işlərini uğurla apararaq məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına nail olacaq.