YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Müasir və müstəqil Azərbaycan Ulu Öndərin zəngin dühasının və siyasi iradəsinin məhsuludur

İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndərin siyasi iradəsi və qətiyyəti, zamanın çağırışlarına anında münasibət bildirməsi sayəsində xalqımız müstəqil dövlət yaratmaq üçün tarixin bizə verdiyi imkanları reallaşdıra bildi.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 11-də keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndərin qeyd etdiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Bildirilib ki, müasir və müstəqil Azərbaycan Ulu Öndərin zəngin dühasının və siyasi iradəsinin məhsuludur.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan Əliyev Ümummilli Liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət Azərbaycanı zirvələrə yüksəldib. “44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın işğaldan azad edilməsi dövrümüzün ən mühüm tarixi hadisəsidir. Biz Zəfər çalaraq ədaləti bərpa etdik və Cənubi Qafqazda yeni reallıq yaratdıq”, - deyə S.Qafarova bildirib.

Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndərin dediyi kimi, müstəqil Azərbaycanın müstəqilliyi əbədi və daimi olacaq.