YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədəki bütün tərəflər üçün yeni imkanlar açır

Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım, Prezident İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya səfər edib həm görüşlər keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.

Prezident Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Ermənistan başda olmaqla, bölgədəki bütün tərəflər üçün yeni imkanlar açır.

Türkiyə Prezidenti qeyd edib ki, o, Prezident İlham Əliyevlə birlikdə futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını izləyəcək.