YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması qonşu ölkələrin maraqlarına uyğundur

Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması qonşu ölkələrin, o cümlədən Türkiyə və İranın da maraqlarına uyğundur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri Moskvada keçirilən “Primakov qiraətləri” forumunda söyləyib. Onun sözlərinə görə, iqtisadi əlaqələrin bərpası və kommunikasiyaların açılması üzrə üçtərəfli qrupun işi Dağlıq Qarabağ münaqişəsinin başlandığı 1980-ci illərin sonuna qədər mövcud olmuş normal təsərrüfat həyatının bərpasına yönəlib.

S.Lavrov deyib: “Ötən il noyabrın 9-da döyüş əməliyyatlarının dayandırılması ilə eyni vaxtda liderlər bütün kommunikasiyaların açılması barədə razılığa gəldilər. Əslində bu, neçə illər əvvəl Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının timsalında ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə razılaşdırılmış əsas prinsiplərdən biridir, cari ilin yanvar ayında isə həmin prinsipial razılaşmanın davamı kimi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşündə baş nazirlərin müavinləri səviyyəsində məxsusi olaraq bu regionda bütün iqtisadi, nəqliyyat və digər kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli işçi qrupu yaradıldı”.

RF XİN başçısı vurğulayıb ki, tərəflər, əlbəttə, öz qonşularının maraqlarını da nəzərə alırlar. Cənubi Qafqazdan bir sıra mühüm marşrutlar keçir və üçtərəfli işçi qrupun fəaliyyətinin səmərəliliyi, ilk növbədə, bu marşrutların açılmasının insanların həyatını yaxşılaşdırmağa birbaşa nə dərəcədə kömək edəcəyi ilə müəyyən olunacaq.

S.Lavrovun fikrincə, “Bu üçtərəfli diskussiyalarda Türkiyənin və İranın mənafeləri birmənalı olaraq nəzərə alınır, əks halda bütün bu açılmaların maksimum effekti olmayacaq”.