YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əvəz Həsənov: Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra vətəndaş qarşıdurması başlana bilər

“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində xalq pislərin içərisindən yaxşını seçməyə çalışacaq”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, Konfiliktoloq Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, Ermənistanda seçicilər çox məyusdurlar: “Ölkədə lider yoxdur. Paşinyan, Koçaryan, Levon Ter Petrosyan və digər namizədlərin hər biri erməni cəmiyyəti üçün zamanında sınanmış və ümidləri doğrultmamış şəxslərdir. Onların yeni proqramları yoxdur. Paşinyanın özü 2018-ci ildə yeni proqramla küçələrə çıxmışdırsa, indi onun da heç bir yeni proqramı yoxdur. Onun üçün yeni proqram Ermənistanda vəziyyətin daha da gərginləşdirilməsi, siyasi liderlərlə haqq-hesab çəkilməsi ola bilər. Hesab edirəm ki, Ermənistanda 20 iyundan sonra da vəziyyət düzəlməyəcək”.

Ə.Həsənov vurğulayıb ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra vətəndaş qarşıdurması başlana bilər: “Parlament formalaşsa belə koalisiyanın qurulması uzun müddət çəkəcək. Türkiyə və İsrail təcrübəsi var ki, illərlə koalisiyalar qurula bilmir. Ermənistan cəmiyyəti hakim mövqeyə az etibar edir. Bu baxımdan koalisiyanın tez formalaşması inandırıcı deyil”.