YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural İsmayılov: Ermənistanda seçkidən sona vəziyyət tamamilə məcradan çıxacaq

“Ermənistanda siyasi qüvvələrlə cəmiyyət arasında bütün rabitə itib”. Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən son rəy sorğuları göstərir ki, bu ölkədə seçkidən sona vəziyyət tamamilə məcradan çıxacaq: “Ermənistandakı toqquşmalar 2022-ci ilə qədər kuliminasiya nöqtəsinə çatacaq. İrəvan inqilabların yedəyindədir. Ölkədə iqtidar da, müxalifət də Ermənistanın gələcəyini görmür. Hətta vəziyyət o həddə çatıb ki, xalqı ümumiyyətlə saymırlar, siyasi institutlar arasında düşmənçilik üst səviyyədədir, hərbi komandanlıqda sabitlik yoxdur. Ölkə müxtəlif xarici qüvvələrin oyun meydanına çevrilib”.

T.İsmayılov qeyd edib ki, 30 ilə yaxın işğalçılıq və qəsbkarlıq siyasəti yürüdən Ermənistan özünün dövlətçilik gələcəyini məhv edib: “Azərbaycan Prezidentinin siyasi iradəsi və ordumuzun şanlı qələbəsi nəticəsində Ermənistanın nəinki ordusu sıradan çıxarıldı, bütün idarəetmə strukturları iflic vəziyyətə gəldi. Bu qədər xaotikliyin nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb. Hakimiyyətdə kimin olmağından asılı olmayaraq Ermənistanın hansısa xırda revanşizmi belə özünün mövcudluğunun sual altına düşməsiylə nəticələnəcək. Demoqrafiya böhranı, idarəetmədəki bacarıqsızlıq, işsizlik, sosial tənəzzül və ölkənin başqa güclərə peşkəş çəkilməsi regionda Ermənistanın son nöqtədə olduğunu göstərir. Ermənistanda ya siyasi institutlar regional əməkdaşlığa can atıb normal əlqələr quraraq qonşularıyla yaxşı münasibətlər quracaq, ya da Ermənistanda nə yaşayacaq adam qalacaq, nə də siyasi-iqtisadi varlıq modeli”.