YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Mirbəşir: Ermənistan cəmiyyəti üçün güvəniləcək heç bir siyasi dairə mövcud deyil

“Ermənistan cəmiyyətinin ən böyük bəlası ondan ibarətdir ki, güvəniləsi siyasi simaya malik deyil”.

Milli Məclisin deputatı Elşad Mirbəşir “Yeni TV”-nin canlı yayımında erkən parlament seçkisinə hazırlaşan Ermənistanda mövcud olan ictimai-siyasi vəziyyət barədə danışarkən belə deyib.

Onun sözlərinə görə, Ermənistan müstəqillik əldə etdikdən sonra işğalçılıq siyasəti həyata keçirməklə, təxribatçı fəaliyyətlərlə məşğul olmaqla həm cəmiyyət, həm də bundan sonrakı dövrdə ölkəsinin inkişafı üçün imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıb: “Hətta, mən deyərdim, yox dərəcəsinə endirib. Seçkiöncəsi Ermənistanda müşahidə olunan reallıqlar onu göstərir ki, cəmiyyət üçün güvəniləcək heç bir siyasi dairə mövcud deyil. Bu vəziyyətin yaranmasına gətirib çıxaran ilk amil Ermənistanın işğalçılıq siyasəti həyata keçirməsi olub. Postsovet ölkələrinin hamısında demək olar ki, bu və ya digər dərəcədə sosial-iqtsadi sahədə tərəqqi müşahidə olunur. Azərbaycan bu mənada ən fərqlənən ölkələr sırasındadır. Kifayət qədər mötəbər reytinq cədvəllərinə diqqət yetirsək görərik ki, iqtisadi inkişafına görə Azərbaycan öndə gedən ölkələr sırasındadır. Dünya siyasətinə təsiretmə imkanları baxımından da Azərbaycan sayılıb-seçilən ölkələrdəndir. Ermənistanın isə nəinki dünyada, regionda, hətta ölkənin daxilində gedən prosesləri belə tənzimləmək, cərəyan edən proseslərə təsir etmək imkanı mövcud deyil”.