YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların qalibləri mükafatlandırılıb

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümünə həsr olunan bilik və idman yarışının qalib komandaları mükafatlandırılıb.

Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecinin komandalarının iştirakı ilə keçirilən yarışlara “Heydər Əliyev irsini öyrənirik” adlı intellektual bilik yarışı ilə start verilib. Daha sonra komandalar güclərini şahmat və stolüstü tennis yarışlarında sınayıblar. Turnirin ilk mübarizəsi olan bilik yarışından Gəncə Dövlət Universitetinin komandası qalib ayrılıb. İkinci təşkil olunan şahmat yarışının qalibləri də iti zəkaları ilə fərqlənən Gəncə Dövlət Universitetinin komandası olub. Sonuncu mübarizənin, stolüstü tennis yarışının da qalibi dəyişməz qalıb. Bu dəfə də gələcəyin pedaqoqları qalibiyyəti əldən verməyiblər. Hər üç yarışın qaliblərinə mükafatları, yarışın təşkilatçısı olan YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və tədbirdə iştirak edən digər rəsmilər təqdim ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci idönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edir.