YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nağı Əhmədov: Ermənistandakı seçkilərdə rəqabət Paşinyan və Koçaryanı dəstəkləyən qüvvələr arasında gedəcək

“Hazırda Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın ictimai rəydə nüfuzu ötən ilin iyun ayında 80 faiz civarında idi. Lakin 44 günlük müharibə onun nüfuzuna ciddi təsir etdi. Belə ki, fevral ayının sonu, martın əvvəlində aparılan sorğularda Paşinyanı təxminən 31.7 faiz insan dəstəkləyirdisə, bu göstərici apreldə 24, mayda 22.9 olub. Lakin son sorğuda 22.4 faizə enib”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokunun nüfuzu artmaqdadır: “Hazırda Koçaryan və komandasını 20 faizdən artıq dəstəyi var. Ümumi mənzərə onu deməyə əsas verir ki, Ermənistandakı seçkilərdə rəqabət Paşinyan və Koçaryanı dəstəkləyən qüvvələr arasında gedəcək. Amma bir məsələni qeyd edim ki, Ermənistanın seçki məcəlləsinə görə, parlamentdə yer qazanmaq üçün hər partiya 5, seçki blokları isə 7 faizlik səddi keçməlidir. Son sorğunun nəticələrinə görə, Paşinyan və Koçaryan bu səddi keçə bilər. Bununla belə iki siyasi blok koalisyon hökumət formalaşdıra bilməz. Çünki Ermənistanın seçki məcəlləsinə əsasən, ən azı 3 fərqli siyasi blok və ya siyasi partiya parlamentdə təmsil olunmalıdır”.