YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəbnəm Həsənova: Ermənistanın düçar olduğu hazırkı vəziyyət müharibədən daha ağırdır

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistana elə bir tarixi dərs verib, zərbə vurub ki, Ermənistanda baş verən nizamsızlıq, idarəolunmazlıq, xaos daha da dərinləşir”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Ermənistanda höküm sürən siyasi, iqtisadi, sosial və humanitar böhranın nəticələrindəndir ki, artıq bu ölkənin xarici siyasət idarəsinin bütün rəhbər vəzifəliləri istefa verib: “Belə ki, faktiki olaraq ölkə altı aydan artıqdır ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə insanlar arasında inamsızlıq, qarşılıqlı ittihamlar irəli sürülür. Əgər müharibə dövründə Ermənistan hərbi texnikasını itirmişdisə, ondan sonrakı zaman ərzində ölkə hər keçən gün idarəçilik mexanizmini də itirir. Belə ki, ölkədə siyasi böhran o qədər dərinləşir ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan, ardınca bütün müavinləri istefa verdi. Bu isə birmənalı şəkildə onu deməyə əsas verir ki, Ermənistanın düçar olduğu hazırkı vəziyyət müharibədən daha ağırdır”.

DİGƏR Xəbərlər Arxiv