YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Azərbaycana qarşı terror siyasətinə beynəlxalq hüquq normaları çərçivəsində ən sərt şəkildə hüquqi qiymət veriləcək

Əli Hüseynli,

Millət Məclisin deputatı

Məlum olduğu kimi, mayın 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda Azərbaycana məxsus avtobus tank əleyhinə minaya düşərək partlamış və nəticədə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirmək məqsədi ilə bu bölgəyə ezam olunmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, digər 4 nəfər, o cümlədən  Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Bu hadisə haqlı olaraq Azərbaycan ictimaiyyətinin kəskin hiddətinə səbəb olmuş, faciəni qınaqla qarşılayan bir çox beynəlxalq media qurumlarının diqqətini özünə cəlb etmişdir. Çünki baş vermiş terror aktı artıq demarkasiya, sərhəd nizamlaması prosesi və ya detalı ilə bağlı deyil, hərbi və milli təhlükəsizlik aspektidir, hadisənin baş verdiyi ərazidə döyüşlər də aparılmamışdır. Görünür, bitmiş müharibəni minalarla yenidən sərhədlərimizin daxilinə daşıyanlar, böyük qayıdış çərçivəsində sakinlərimizin ayaqlarının altına mina döşəyənlər hələ də  44 günlük müharibənin acı dərslərindən sonadək nəticə çıxara bilməyiblər. Ona görə də döyüş meydanında Azərbaycanın igid övladlarının qarşısından qorxaqcasına qaçan erməni faşistləri xəlvətdə pusqu quraraq dinc sakinləri qətlə yetirməklə mənfur niyyətlərini həyata keçirməyə çalışırlar.

Bizi narahat edən məsələlərdən biri də budur ki, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki tarixi Zəfərindən sonra onun bölgədə və beynəlxalq miqyasda sürətlə artan nüfuzü bəzi siyasi dairələr tərəfindən qısqanclıqla qarşılandığına görə belə hadisələrə yenə də ikili standartlardan yanaşılır, onlar daha çox susmağa üstünlük verirlər. Maraqlıdır ki, media azadlığı sahəsində ölkənin üzərinə gələn təşkilatların, qrant payçılarının, “Human Right”, “Amnesty İnternational” kimi “azadlıq carçıları”nın səsi çıxmır. Bakıda 2 erməninin məhkəməsi bitən kimi bir neçə mərkəz, təşkilat haray-həşir salır, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT ortaya Azərbaycanı ittiham edən mövqe qoyur, tərəf tutur. Baxmayaraq ki, dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətlərdən hesab olunur, onlar Azərbaycan jurnalistlərinin faciəvi ölümünə mənəviyyətsızcasına susmaqda davam edirlər.

Lakin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bu cür əməllər gec-tez özünün adekvat  hüquqi qiymətini alacaq, onlarla mülki şəxsin ölümünə bais olan cinayətkarlar həm Azərbaycan qanunlarının tələbləri, həm də beynəlxalq hüquq normaları çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar.

Düşünürəm ki, erməni faşistlərinin törətdikləri bu və buna bənzər digər iyrənc əməllər köçkünlərin öz doğma yurdlarına qayıtmaq həvəsini heç də azaltmayacaq, əksinə, bundan sonra öz torpaqlarını daha etibarlı şəkildə qorumaq üçün onları böyük qayıdışa daha böyük istəklə sövq edəcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv