YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi qaziləri, Bülbülə qəsəbəsi sakinləri kapitan Nurməmmədov Nazim Xanlar oğlu və əsgər Abdullayev Tural Əlimədət oğlunun ailələrini ziyarət etmiş və onların qayğıları ilə maraqlanmışlar.

Qazilərlə səmimi keçən görüşlər zamanı Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmiş, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulamışdır. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirmişdir.

Sonda Vətən Müharibəsi qaziləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmiş, onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu demişlər.

DİGƏR Xəbərlər Arxiv