YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Şahinoğlu: Haqlı olduğumuz halda bizi haqsız vəziyyətə salmaq istəyirlər

“Biz 44 günlük Vətən müharibəsində qələbə çaldıq və hədəflərimizin 80-85 faizinə çatdıq. Amma indi biz hibrid və informasiya müharibəsi aparırıq”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O deyib ki, Azərbaycan bu müharibədə də geri qala bilməz: “Vətən müharibəsində də informasiya müharibəsini dövlət başçısı İlham Əliyev faktiki təkbaşına aparırdı. Müharibədən sonra da bütün yük Prezident İlham Əliyevin çiyinləri üzərindədir. Çünki hər gün Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verilir, xəbərlər yayılır. Biz fəaliyyətimizi genişləndirməliyik. Çünki haqlı olduğumuz halda bizi haqsız vəziyyətə salmaq istəyirlər. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrin keçirilməsi olduqca vacib idi. Çünki Qarabağla bağlı çox ciddi mesajlar verildi. Hesab edirəm ki, bu, informasiya müharibəsinin tərkib hissəsidir”.