YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Qarabağın mədəni-tarixi irsinin qorunub saxlanması mövzusu Bakı və Yerevan ilə müntəzəm müzakirə olunur

Dağlıq Qarabağ və ona bitişik rayonlarda mədəni-tarixi irsin qorunub saxlanması mövzusu bizim həm rəsmi Bakı, eləcə də rəsmi Yerevan ilə təmaslarımız zamanı müntəzəm şəkildə müzakirə edilir.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə səsləndirib.

Diplomat deyib: “Məsələn, RF-nin xarici işlər naziri Sergey Lavrovun mayın birinci yarısında Ermənistana və Azərbaycana baş tutan səfərində bu mövzuya toxunulub. Biz UNESCO missiyasının regiona səfərinin tezliklə təşkil olunmasına tərəfdarıq və ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə də fəaliyyət göstəririk”.

M.Zaxarova xatırladıb ki, dini və mədəni irsin qorunması mövzusuna cari il aprelin 13-də həmsədrlər tərəfindən qəbul edilən bəyanatda da toxunulur. Bu məsələ Azərbaycan və Ermənistan tərəfindən əlavə səy göstərilməsini tələb edir.