YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rosen Plevneliyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətli təsisata çevrilib

Sizin rəhbərliyinizlə İkinci Qarabağ müharibəsindəki Qələbəniz bizi çox məmnun etdi. Siz qanunun aliliyini təmin etdiniz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz və xalqa ədalət bəxş etdiniz.

Bu sözləri Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev söyləyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqlarından böyük fərəh hissi keçirdiklərini vurğulayan R.Plevneliyev dövlətimizin başçısına müraciətlə deyib: “Sizin rəhbərliyinizlə və Mərkəzin katibliyinin gənc əməkdaşlarının səyləri nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətli, güclü və səmərəli bir təsisat olaraq fəaliyyət göstərir. Biz bir çox qurumların üzvüyük, ancaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi digərlərdən həqiqətən də fərqlənir”.