YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülkər Həsənova: Virusa yoluxanların sayında azalmalar görülən effektiv tədbirlərin nəticəsidir

“Artıq 1 ildən çoxdur ki, COVID-19 infeksiyası dünyanı cənginə alıb.   Azərbaycanda da koronavirusa yoluxma hallarında zaman-zaman yüksəlmələr müşahidə olunub. Lakin ölkəmiz elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi və nəticədə  bu gün virusa yoluxmaların sayında azalmalar müşahidə olunur”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Ülkər Həsənova deyib.

O bildirib ki, pandemiya təhsil sisteminə də təsirsiz ötüşməyib: “Azərbaycanda da təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanıldı. Həmin dərslərə bugünədək çoxlu sayda tələbə və professor-müəllim heyəti qoşulmuşdu. Ali təhsil müəssisələrinə Təhsil Nazirliyinin təqdim etdiyi "MS Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb”.

Ülkər Həsənova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə Gənclər Birliyinin üzvlərinin vaksinasiyası baş tutub. Aksiyada 150-dək gəncimiz iştirak etdi. Düşünürəm ki, bundan sonra da görülən bu kimi tədbirlərdə gənclərimiz öz aktivliyini göstərəcək”.