YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi

“Prezident İlham Əliyev  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi  videokonfransda bir sıra mühüm mesajlar verdi. Əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi. Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mill-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, qürurverici haldır ki , bu gün artıq biz Nizmi Gəncəvi Beynəlxalq Mərkzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəxalq hüququn tələblərini yerinə gətirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivləri və inteqrasiyadan danışırıq. Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region  ölkələrinə verdiyi məsajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruruliyi.

Millət vəkilinin sözlərinə görə, bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi: “Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyasi üçün yeni perespektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Ancaq bir məsələ də aydındır ki, həmin məqsədlərə çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın bütün tələbləri yerinə yetirilməli,  ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar. Bu isə siyasi proseslərin emosional tərəfidir .Ona görə də qeyd edildi ki,  öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vandaliziminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin  sıradan çıxarıldığının şahidi olurlar və bu onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də, hazırda  bir  tərəfdən işğal dövründə bizə dəymiş madd zərərin hesablanması, digər tərəfdən isə maddi- mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu hərbi cinayəti törədənlərin cəzalandırılması üçün  olduqca vacibdir.Üstəlik, hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu əslində elə yeni hərbi cinayətlər  törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil, eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini bir daha qlobal münasibətlər sisteminin mühüm aktorların diqqətinə tədim etdi. Bu, həm də Azərbaycanın dayanıqlı sülh  və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndrilə bilər”.   

DİGƏR Xəbərlər Arxiv