YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əziz Ələkbərli: ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" ifadəsini işlətməsini qətiyyətlə pisləyirik

“Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" ifadəsini işlətməsini qətiyyətlə pisləyir və bu addımı bölgədə işğalçı və terrorçu dövlət kimi tanınan Ermənistanı yeni işğallara və terrora sövq, bölgədə sabitliyi və əmin-amanlığı pozmaq cəhdi kimi qiymətləndiririk”. Bu fikirləri Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Əziz Ələkbərli təəssüflə bildirib ki, təkcə XX əsrdə ermənilər xalqımızı dəfələrlə soyqırımı və deportasiyalara məruz qoysa da, dünya buna həmişə lal, kar və kor olmuşdur. İstər 1905-ci, istərsə də 1918-1920-ci illərdə Cənubi Qafqazda on minlərlə dinc əhali ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi yer üzündən silinmişdir. Təkcə 1988-ci ildə Ermənistan ərazisindən 300 min nəfər azərbaycanlı tarixi yurdlarından qəddarcasına qovulmuş, 300-dən artıq məscid, 500-dən artıq qəbiristanlıq məhv edilmişdir. Lakin ABŞ və Qərb dövlətləri ermənilərin bu faşist əməllərini bir dəfə də qınamamış, bununla da yeni-yeni erməni cinayətlərinə yol açmışlar.

“Son 30 ildə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasına, bu ərazilərdə ermənilərin apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq dinc azərbaycanlı əhalinin 30 il didərgin həyatı yaşamasına biganə

qalan ABŞ-ın bu gün 106 il əvvəlki hadisələrdə “ədalət” axtarması təəssüf doğurur və biz bu əməli ABŞ üçün tarixi biabırçılıq hesab edirik.

Belə hesab edirik ki, cənab Co Bayden erməni diasporu və lobbisinin diqtəsi ilə “erməni soyqırımı” ifadəsini işlətməzdən əvvəl qəhrəman Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Qarabağ torpaqlarına gəlməli, bu torpaqlarda ermənilərin törətdiyi vandalizm əməllərini öz gözləri ilə görməli, öncə bu günün, sonra 106 il əvvəlin hadisələrinə qiymət verməli idi. Lakin bizcə, hələ gec deyil və Azərbaycan Qaçqınlar Cəmiyyəti adından ABŞ prezidenti cənab Co Baydeni, bütün administrasiyasını Azərbaycana, Ağdama dəvət edirik”, - deyə cəmiyyətin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv