YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri və ənənələri bölüşən qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.”