YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda tarixi İpək yolunun əhəmiyyəti müzakirə olunub

Fevralın 10-da Azərbaycanın Vaşinqtondakı səfirliyində “Tarixi İpək yolu üzərində yerləşən ölkələrin regional nəqliyyat infrastrukturlarının inkişafına və bunun region ölkələri arasında ticarətin və əməkdaşlığın inkişafına təsiri” mövzusuna həsr edilmiş “dəyirmi masa” keçirilib.
Azərbaycan səfirliyinin təşəbbüsü ilə reallaşan tədbirdə ABŞ hökumətinin nümayəndələri – ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Erik Rubin və ABŞ Nəqliyyat Komandanlığı rəhbərinin müavini Vitse Admiral Uilyam Braun iştirak ediblər. Tədbirə həmçinin Gürcüstan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin Vaşinqtondakı səfirləri, eləcə də diplomatik korpusların təmsilçiləri qatılıblar.
“Dəyirmi masa”da regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də qarşılıqlı əməkdaşlığı əhatə edən mövzular müzakirə olunub.