YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı təsdiq olundu

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramı talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Məqsəd ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
Proqramda təşkilati tədbirlər, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, talassemiya daşıyıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi, habelə talassemiyanın müalicəsinin təkmilləşdirilməsi və əhalinin bu xəstəliyə dair maarifləndirilməsi kimi tədbirlər nəzərdə tutulub.