YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Şəfəq-Asiman yatağında qaz kəşf olunması ölkəmizin iqtisadiyyatının daha da güclənməsinə müsbət təsir göstərəcək

“Şəfəq-Asiman yatağında qaz kəşf olunması ölkəmizin enerji siyasətinin daha da güclənməsinə müsbət təsir göstərəcək”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

Azər Badamov bildirib ki, öz istehsal gücümüzün artması daha çox öz təbii qazımızı ixrac etməyimizə imkan verəcək. Onun sözlərinə görə, Xəzər dənizində kəşfiyyat işləri davam etdirilən neft-qaz yataqlarımız da mövcuddur.

“Yeni-yeni yataqların kəşf olunması istiqamətində işlər davam etdirilir. Təbii ki, kəşf olunan hər yeni yataq ixrac potensialımızın artması deməkdir. O cümlədən bu amil iqtisadiyyatımızın güclənməsində də mühüm rol oynayır”, -deyə deputat qeyd edib.