YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TBMM-in Xarici əlaqələr komitəsinin nümayəndə heyəti Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də məzarları üzərinə güllər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.

Tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri Akif Kılıç dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı, Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və daim inkişaf etdiyini vurğulayıb. A.Kılıç bildirib ki, 44 günlük müharibədə Türkiyə və Azərbaycan qardaş dövlətlər kimi daim bir yerdə olduqlarını bütün dünyaya nümayiş etdirdilər.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

DİGƏR Xəbərlər Arxiv