YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan xalqını ailə ənənələri dünya üçün nümunədir

«Azərbaycan gözəl ailə modeli var». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, xalqımızın dərin tarixi kökləri olan ailə ənənələri var. Onun sözlərinə görə, Azərbaycan xalqını ailə ənənələri dünya üçün nümunədir.

«Çünki xalqımız üçün ailə müqəddəs dəyərdir. Daim bu dəyərimizə böyük ehtiram mövcud olub. Qərb cəmiyyətlərində bu məsələ müəyyən qədər fərqlidir. Nəzərə alsaq ki, ölkəmiz dünyaya inteqrasiya edir, belə bir şəraitdə ailə ənənələrimizin qorunması çox vacibdir. Sevindirici haldır ki, gənc nəsil də bu ənənələrə sadiqlik nümayiş etdirir»- deyə, komitə üzvü vurğulayıb.