YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pol Qogenin rəsm əsəri 300 milyon dollara satılaraq qiymət rekordunu təzələyib

Fransız boyakarı Pol Qogenin rəsm əsəri hərracda 300 milyon dollara satılaraq qiymət rekordunu təzələyib.
The New York Times qəzeti xəbər verir ki, söhbət 1882-ci ildə yağlı boya ilə çəkilmiş Nafea Faa Ipoipo (Toy nə vaxtdır) əsərindən gedir.
İsveçrəli kolleksiyaçı, Sotheby's ticarət evinin keçmiş əməkdaşı 62 yaşlı Rudolf Ştexelin satışa çıxardığı rəsm əsərini Qətər vətəndaşının satın aldığı bildirilir. Nafea Faa Ipoipo adlı bu əsər 50 ilə yaxın müddətdə Bazel şəhərinin incəsənət muzeyində nümayiş olunub. Muzeyin əsas binası 2016-cı ilə qədər təmir üçün bağlanılıb.
Yaxın günlərdə yeni rekorda imza atmış bu əsəri Bazeldəki Beyeler fondunda, həmçinin Madrid şəhərindəki kraliça Sofiyanın İncəsənət mərkəzində və Vaşinqtonda Fillipsin kolleksiyasının sərgilərində görmək olacaq. Belə ki, əsər yeni sahibinə yalnız 2016-cı ilin yanvarında təqdim ediləcək.
İsveçrəli kolleksiyaçı Rudolf Ştexelin ailə mirası vasitəsi ilə Vinsent van Qoq, Pablo Pikasso və Kamilya Pissaronun da daxil olduğu impressionist və postimpressionistlərin 20-dən çox əsərinə sahibdir.
Əvvəllər şəxsi kolleksiyadan satılmış ən bahalı əsər Pol Sezannın “Qumarbazlar” rəsmi sayılırdı. 2011-ci ildə bu əsər Qətər əmirinin ailəsi tərəfindən 250 milyon dollara satın alınmışdı.