YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında yanğın təhlükəsizliyinin təmin olunması üçün zəruri işlər görülür

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizliyi ilə bağlı keçirdiyi qabaqlayıcı tədbirlər çərçivəsində “Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar keçirib.
“Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan seminarda 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar tikilməkdə olan və ya hazırda istismar edilən mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində FHN-in həyata keçirdiyi məqsədyönlü işlər haqqında məlumat verilib.


 

DİGƏR Xəbərlər Arxiv