YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının könüllüləri şəhid Tural Abdullayevin ailəsini ziyarət edib

YAP Xocavənd rayon təşkilatının könüllü gəncləri Vətən müharibəsi zamanı şəhid olmuş kiçik gizir Abdullayev Tural Bəylər oğlunun ailəsi ilə görüş keçirib.

Görüşdən öncə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olunub, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb, ailənin qayğıları dinlənilib.

Qedy edək ki, Xocavənd rayonunun Tuğ kənd sakini 1993-cü il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçu Abdullayev Tural Bəylər oğlu 28 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda şəhidin ailəsinə YAP Xocavənd rayon təşkilatı tərəfindən ərzaq yardımı edilib.