YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Misirxan Vəliyev, YAP Sabunçu rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Mehriban Abasquliyeva YAP Sabunçu rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Daha sonra Mehriban Abasquliyeva qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilib, statistik uçot dəqiqləşdirilib. Statistik hesabata görə, hazırda rayon təşkilatı 128 ərazi ilk partiya təşkilatı üzrə 10742 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 6086 nəfəri qadınlar, 4214 nəfəri isə gənclərdir.

Daha sonra müzakirələr aparılıb. Çıxış edənlərdən Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatı Şurasının üzvləri və ilk partiya təşkilat sədrləri görülən işlərdən danışıb, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.