YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Bakıya gəlib

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda səfərdədir.

Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd etmişdir:

“Ölkələrimizin xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələri var. Covid-19 və Dağlıq Qarabağdakı münaqişədən sonra Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafını və daha yaşıl əsaslarda quruculuq işlərinə xüsusi diqqət ayıran Prezident Əliyev və Azərbaycan Hökuməti ilə gələcək əməkdaşlıq sahələrini müzakirə etmək üçün görüşməyi səbirsizliklə gözləyirəm.

"Birləşmiş Krallıq qadın hüquqlarının təşviqi sahəsində geniş miqyaslı səylər göstərməkdədir və mən də Azərbaycanda qadın hüquqlarını inkişaf etdirən və məişət zorakılığına qarşı mübarizə aparan ilhamverici qadın liderlərlə görüşməyi səbrisizliklə gözləyriəm.

"İstanbul Konvensiyasına imza ataraq qadınların qanuni hüquqlarını daha geniş şəkildə təşviq etmək üçün Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizliklə bağlı ilk Milli Fəaliyyət Planının qəbul edilməsi istiqamətində Azərbaycan Höküməti ilə yaxından əməkdaşlıq edirik."