YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alınır:

- Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

- maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.