YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti  Sercio Mattarellaya İtaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya münasibətlərinin səciyyəvi cəhətlərindəndir.
İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”

 

DİGƏR Xəbərlər Arxiv