YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası hər bir seçki kampaniyasına ciddi hazırlaşır

 “Yeni Azərbaycan Partiyasının formalaşmış ənənəsi ondan ibarətdir ki, biz seçkilərə seçkilər başlamazdan xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Əldə etdiyimiz qələbələrin bir sıra səbəbləri ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası hər bir seçki kampaniyasına ciddi hazırlaşır.”

Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə YAP-ın parlament seçkilərinə hazırlıqları barədə danışarkən deyib.

Ə.Əhmədov qeyd edib ki, hazırlıq proseslərində bir çox məsələlər, o cümlədən Yeni Azərbaycan Partiyasını təmsil etməli olan insanlar müəyyənləşdiriləcək: “Amma bu, ciddi araşdırmalar nəticəsində olacaq”.

Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti YAP-ı və seçiciləri qane edir: “Bu, mütləq nəzərə alınacaq. Bütövlükdə biz həmişə o mövqedən çıxış etmişik ki, Yeni Azərbaycan Partiyasını layiqincə təmsil etməyə qadir olan, Azərbaycan seçicilərinin rəğbətini qazana biləcək insanların namizədliyini irəli sürək ki, onlar seçki prosesində layiqli kampaniya aparıb seçicilərin səslərini qazana bilsinlər”.