YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Ermənistanın işğalçılıq siyasəti bu ölkəni dərin sosial-iqtisadi böhrana sürükləyib

«Ermənistanın işğalçılıq siyasəti bu ölkəni dərin sosial-iqtisadi böhrana sürükləyib». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Qarabağ kartı  üzərində hakimiyyətə gələn işğalçı rejim həm xalqını zəlil günə salıb, həm qonşu dövlətlərlə münasibətləri pozub.Onun sözlərinə görə,  arxasında müəyyən qüvvələrin durduğu oyuncaq rejimin artıq xalqla əlaqəsi qırılıb.

«Hazırda işğalçı rejimin Ermənistandakı idarəçiliyi əllərindən çıxır. Ölkədə nümayiş, xalqa-iqtidar arasındakı rabitəsizlik, xalqın hakimiyyəti qəbul etməməsi Ermənistanda vəziyyəti olduqca kəskinləşdirib. Qarabağ faciəsi üzərində iqtidara yiyələnmiş quldur hakimiyyətin yarıtmaz siyasəti ölkəni acınacaqlı duruma salıb. Bu vəziyyətdən çıxış yolu isə işğal siyasətinə son qoymaqdır»- deyə, deputat vurğulayıb.