YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək

Aprelin 9-10-da Bakıda regionun neft təqviminin ən mühüm hadisələrindən bir olan VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək.
Konfransın təşkilatçılarından biri olan Britaniyanın “Confidence capital” şirkətindən bildiriblər ki, dünyanın aparıcı neft-qaz şirkətlərinin və Xəzəryanı dövlətlərin nazirliklərinin nümayəndələrinin bir araya gələcəyi konfrans Xəzərin neft-qaz resurslarının ixracı və tranziti məsələləri üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədi daşıyır.
Konfransda son hadisələrin təhlilinə və Xəzərin neft-qaz resurslarının tranziti və ixracı məsələləri üzrə regional qarşılıqlı fəaliyyətin mümkün ssenarilərinə, həyata keçirilən və gələcək üçün nəzərdə tutulan neft-qaz layihələrinin təhlilinə, tərəfdaş ölkələrin Xəzər ilə əlaqələrinə, neft emalı və neft-kimya sənayesinin inkişafı məsələlərinə, logistika problemlərinə və onların həlli yollarına, həmçinin regionun energetika sektorunun digər mühüm aspektlərinə xüsusi diqqət yetiriləcək.
Konfrans enerji sektorunun ən böyük regional oyunçularını, habelə onların strateji tərəfdaşlarını - Əfqanıstan, İran, Türkiyə, Mərkəzi Asiya ölkələrinin nümayəndələrini cəlb edir.
İndiyə qədər konfransda dünyanın 25 ölkəsindən 600-dən çox qonaq və nümayəndə heyəti iştirak edib. “SOCAR”, bp, “Chevron”, “BTC Azerbaijan”, “Middle East Petroleum”, “CASPAR”, “Milio”, “Freight One”, “Amesco”, “Лукойл”, “Газпром”, “Транснефть”, “Rosneft”, “Kazmunayqaz”, “Qazprom neft”, “Gazprom Neft Trading”, “HSBC Bank”, “GE Logistics”, “JB Commodities”, “Kazmortransflot”, “КТК”, “Karachaganak Petroleum Operating”, “Petrom”, “Tengizchevroil”, “Tethys Petroleum”, “Vitol”, “Nabucco Gas Pipeline”, Batumi dəniz limanı, “BNP Paribas”, “ENI”, “GDF Suez”, “GOGC”, “Gunvor”, “Mercuria Energy Trading”, “Novoşip”, “NIOC”, “NIORDC”, “OMV”, “Statoil Hydro”, “Total”, “Ukrtransnafta”, “Botas”, “ExxonMobil”, “INPEX”, “Karasu Operating Company”, “Petronas”, “SGS”, “Societe Generale”, “Deutsche Bank”, “Litasco”, “Trafigura”, “Shell”, “Vitol”, “TNK-BP” kimi şirkətlər konfransın ənənəvi iştirakçıları və məruzəçiləridir.
Tədbirin təşkilatçıları Britaniyanın “Confidence Capital” şirkəti və MDB məkanının qocaman ali məktəbi - Azərbaycan Dövlət Neft Akademiyasıdır.