YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıblar

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv