Xəbərlər
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Şaplar kəndinin videogörüntülərini paylaşıb
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/eba027f45ae132481fd099a20429b22e.jpg&w=360)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Şaplar kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, Şaplar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edilib.