YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: 2021-ci ilin ölkə Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsi çox önəmli hadisədir

“2021-ci ilin ölkə Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsi çox önəmli hadisədir. Bu qərar, bu addım da mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfədir”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyev deyib.

Jalə Əliyeva bildirib ki, dünya ədəbiyyatı, söz, mədəniyyət tarixinə “Beşliy”in, “Xəmsə”nin yaradıcısı kimi düşən dahi Nizami Gəncəvinin Azərbaycan  və bütövlükdə bəşər, cahan tarixində yeri, rolu, çəkisi hər kəsə bəllidir. Nizami Cəncəvi Azərbaycanın milli kimlik göstəricisidir, milli pasportudur. Bu gün intibahdan, inkişafdan, mədəniyyətdən danışanların hələ mövcud olmadıqları vaxtlarda belə Nizami, böyük Azərbaycan oğlu dünyaya Günəş kimi saçdı, Şimşək kimi çaxdı, özü ilə birlikdə Azərbaycanı da bir daha parlatdı. Bu da bizim şəksiz və şəriksiz uğurumuz, qürurumuz, iftixarımızdır. Çoxlarına nəsib olmayan bir uğur, bir qürur, bir iftixar yeridir.

“Dahi Nizaminin anadan olmasının 880-ci ildönümündə 2021-ci ilin “Nizami İli” elan olunması böyük və dahi mütəffəkirə bir daha minnətdarlıq, bir daha  övladlıq, bir daha vəfa borcu deməkdir. Həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha və bir daha xüsusi önəm və dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricidir. 2021-ci ilin “Nizami İli” elan olunması bütün hallarda mədəniyyətimizin və bütövlükdə dövlətimizin tərəqqisinə, dünyaya bir daha səs salmasına xidmət edəcək, öz töhfələrini verəcək”,-deyə J.Əliyeva vurğulayıb.