YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Böyük zəfərimizin əldə olunmasında bütün dünyada yaşayan soydaşlarımız güclü həmrəylik göstərdilər

“2020-ci il Azərbaycan tarixinə şərəf və qürur ili kimi daxil oldu. Azərbaycan özünün ədalətli mübarizəsini zəfərlə başa vurdu. Bu, xalqımızın tarixinə qızıl hərflərlə yazılan hadisədir”. Bu fikirləri YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, BSU-nun rektoru Nurlana Əliyeva bu gün YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda keçirilən videokonfransda deyib.

Nurlana Əliyeva bildirib ki, xalqımız bu günü 30 il gözləyib. Onun sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 17 il ərzində Azərbaycan böyük inkişaf yolu keçərək güclü və qüdrətli dövlətə çevrilib. Bunun nəticəsində də, torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq. YAP Qadınlar Şurasının sədri ölkəmizin inkişafı prosesində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusi vurğulayıb.

“Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Qeyd etməliyik ki, böyük zəfərimizin əldə olunmasında bütün dünyada yaşayan soydaşlarımız güclü həmrəylik göstərdilər. Bütün bu anları yaşamaq  çox qürurvericidir”,-deyə N.Əliyeva qeyd edib.