YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Moskva Ankaranın Qarabağ üzrə üçtərəfli razılaşmanın yerinə yetirilməsinə yardım etmək cəhdlərini alqışlayır

Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov iki ölkənin nazirlikləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planını imzalayıblar.

Soçidə nazilər Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin Strateji Planlaşdırma Birgə Qrupunun iclasının yekunlarına dair birgə mətbuat konfransı keçiriblər. İclas başa çatdıqdan sonra iki ölkənin nazirləri Məsləhətləşmələr Planını imzalayıblar.

Sergey Lavrov vurğulayıb ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırıblar. Ankaranın münaqişə tərəflərinin qarşılıqlı öhdəliklərini yerinə yetirməyə, xüsusilə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanat çərçivəsində, həmçinin atəşkəsə dair öhdəliklərin yerinə yetirilməsinə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılmasına yardım etmək istəyini alqışlayırıq. Bu birgə mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılaşması nəticəsində yaradılır və indi onun yerləşdirilməsi prosesi aktiv şəkildə baş verir.

Nazirin sözlərinə görə, görüşdə Yaxın Şərq, Balkanlar, Şərqi Aralıq dənizindəki vəziyyət, Kipr problemi, Ukrayna böhranı ilə bağlı məsələlər də müzakirə edilib.