YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: “Doinq Business” hesabatında Azərbaycanın dünyanın ən islahatçı 10 ölkəsindən biri olması böyük uğurdur

“Dünya Bankı Qrupunun mühüm nəşrlərindən olan “Doinq Business” hesabatında Azərbaycanın dünyanın ən islahatçı 10 ölkəsindən biri olması, 191 ölkə arasında 28 - ci yerə yüksəlməsi qürur doğuran haldır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, bu uğur Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə ən mühüm sahələrdə islahatların həyata keçirilməsinə böyük önəm verməsinin nəticəsidir.

Onun sözlərinə görə, elektrik təchizatı şəbəkələrinə qoşulma, müqvilələrin icrası, sərhəddə ticarət indikatoru üzrə aparılmış qiymətləndirmələr göstərir ki, Azərbaycan dövləti islahatçı bir ölkə kimi beynəlxalq normalara əməl etməklə iqtisadiyyatın inkişafı, insanların maddi - rifah halının yaxşılaşdırılması, ölkənin reytinqinin yüksəldilməsi və tanıdılması üçün lazım olan bütün tədbirləri görür: “Dünya ölkələri arasında mövqeylərimizin möhkəmlənməsi və nailiyyətlərimizin təbliğ edilməsi, nümunə göstərilməsi sözsüz hər bir vətəndaşı sevindirir və gələcək uğurlara həvəsləndirir”.