Xəbərlər
Əhalinin banklardakı əmanətlərinin həcmi 7,1 milyard manata çatıb
2014-cü il dekabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 4,5 milyard manatı və ya 63,2 faizi milli, 2,6 milyard manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 13,3 və 5,7 faiz artıb.
Əmanətlərin 76,6 faizi özəl banklarda yerləşdirilib.